Məhsullar

bProMed – e-Səhiyyə Sistemi

  bProMed şəxsi və tibbi məlumatları əhatə edən müvafiq elektron registrlərin hazırlanması, vətəndaşların elektron çipli ağıllı kartlarla təmin edilməsi vasitəsilə vətəndaşların sağlamlığı vəziyyətinə nəzarət sisteminin təkmilləşdirilməsinə xidmət edir və lazım olduqda kartda saxlanılan məlumatları istənilən yerdə təhlükəsiz, asan və tam şəkildə əldə olunması ilə kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır.

bProDoc – Elektron Sənəd Dövriyyəsi Sistemi

 bProDoc daxil olan, göndərilən və daxili sənədlərin elektron formada hazırlanması, bu sənədlərin təyin olunan iş axarları ilə elektron formada dövriyyəsini, icrasını və icrasına nəzarətin təmin edilməsinə xidmət edir və sənədlərin təhlükəsiz saxlanılmasına eləcə də lazım olduqda asan şəkildə əldə olunmasına imkan yaradır.

bProMig - Vahid Miqrasiya Məlumat Sistemi (VMMS)

 Miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə əcnəbilərin ölkəyə gəlməsi və ölkədən getməsi, onların yaşayış yeri üzrə qeydiyyatı sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün Dövlət Miqrasiya Xidməti (DMX) nəzdində Vahid Miqrasiya Məlumat elektron informasiya Sistemi (VMMS) yaradılmışdır.